Mayın 19-da Milli Təhlükəsizlik Nazirliyi və nazirliyin Şirvan şəhər şöbəsi əməliyyat keçirib. "Yeni Müsavat”ın məlumatına görə, əməliyyat narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin tutularaq istintaqa cəlb olunması məqsədi ilə keçirilib. Əməliyyat nəticəsində rayon sakini Mirzəyev İsmayıl Rafiq oğlu, Muradov Rəşad İlqar oğlu, Əkbərov Teymur Fikrət oğlu saxlanılıb. Adları sadalanan şəxslərin üzərinə baxış keçirilərkən satış məqsədi ilə müxtəlif gəzdirdikləri narkotik vasitələr sübut kimi götürülüb.
Əməliyyat nəticəsində məlum olub ki, rayon sakinləri əvvəllər də bir neçə dəfə narkotik vasitələrin satışı ilə məşğul olduqları üçün həbs olunublar.
.