Mərkəzi Seçki Komissiyasının (MSK) bugünki iclasında 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürən "Azər-Türk Qadınlar” Birliyinin sədri Tənzilə Rüstəmxanlının MSK-ya etdiyi müraciətə baxılıb.
"Report”un məlumatına görə, MSK üzvü Qabil Orucov deyib ki, T.Rüstəmxanlının şikayəti araşdırılıb. Məlum olub ki, T.Rüstəmanlı DSK-ya 550 imza təqdim edib, onlardan 180-ni etibarsız olub.
Bununla da MSK DSK-nın qərarını qüvvədə saxlayıb, Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmayıb.
.
