Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi müəyyən edilib.

Bu barədə qərar Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilib.

Milli Məclisdə çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyası) təmsil edən namizədlər aşağıdakılardır:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarının MSK üzvlüyünə namizədləri:

Arifə Muxtarova

İlham Məmmədov

Nizami Nadirxanlı

Fuad Cavadov

Qabil Orucov

Nailə Əsgərova

Aydın Muradov (ehtiyat üzv)

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri isə aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov

Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı.

Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov

Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov

Niyaməddin Orduxan (ehtiyat üzv).

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən altı nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), altı nəfər bitərəf deputatları, altı nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi” barədə qərar qəbul edilib və MSK-nın yeni tərkibi müəyyənləşib.

 

.