Mərkəzi Seçki Komissiyasının (MSK) bugünki iclasında Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğlunun şikayətinə baxılıb.
"Report”un məlumatına görə, "Azadlıq-2015” seçki bloku tərəfindən 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizədliyini irəli sürən M.Mirəlioğlu MSK-ya müraciətində bildirib ki, DSK əsassız olaraq onun namizədliyini qeydə almayıb.
M.Mirəlioğlunun səlahiyyətli nümayəndəsi Bəybala Əbil məlumat verib ki, dairə seçki komissiyası M.Mirəlioğlunun 550 seçici imzasından 114 imzanı etibarsız hesab edib. Onun sözlərinə görə, DSK seçici imzalarında bəzi qeydlərin olmadığını əsas gətirib.
Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, M.Mirəlioğlunun DSK-ya təqdim etdiyi 550 imzadan 114-ü etibarsızdır.
MSK DSK-nın qərarını qüvvədə saxlayıb, M.Mirəlioğlunun deputatlığa namizədliyi qeydə alınmayıb.
.
