Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov Avropa Şurasına seçkini müşahidə etmək üçün dəvət göndərilib-göndərilmədiyinə aydınlıq gətirib.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında bildirib ki, yaxın vaxtlarda dəvət göndərilən təşkilatların adları açıqlanacaq: “Azərbaycanda seçkini müşahidə etmək üçün xarici müşahidəçilərə 3 qurum dəvət göndərir. Artıq 26 ölkənin seçki qurumuna dəvət göndərimişik”.
DSK-larda namizədlərin sənədlərinin yoxlanması üçün İşçi Qrupu fəaliyyət göstərir
“DSK-ların hər birində namizədlərin sənədlərinin yoxlanması üçün İşçi Qrupu var”.
Bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
Rövzət Qasımov bildirib ki, seçki prosesi zamanı tərəflərin öz hüquq və vəzifələri barədə məlumatlı olması üçün maarifləndirmə tədbirləri keçirilir: “Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edilməsinə başlanacaq. Hər zaman MSK seçki iştirakçılarının maarifləndirilməsi üçün vəsaitlər hazırlayır. Namizədlər üçün də biz yaddaş kitabçası hazırlamışıq. Azərbaycan Respublikası vətəndaşlarının passiv seçki hüququnun təmin edilməsi üçün geniş imkanlara malik olacaq”.
.