Həmkarımla (Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev-red.) təmaslarım, müntəzəm işgüzar əlaqələrim var.

Bu barədə Baş nazirin müavini Mqer Qriqoryan parlamentdə sual-cavab sessiyası zamanı bildirib.

O, Şahin Mustafayevlə son görüşü zamanı Azərbaycan ərazisinə səfər etdiyini xatırladıb.

“Lakin bu, əsasən TRİPP, mümkün demarkasiya fraqmentlərinə və prosesin özünə aid olub”, - Qriqoryan vurğulayıb.

Qeyd edək ki, sentyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub.

"Tramp marşrutu" üçün infrastrukturun yerləşdirilməsi ilə bağlı müzakirələr daha konkretləşib

Paşinyanın müavini: "Tramp marşrutu" üçün infrastrukturun yerləşdirilməsi ilə bağlı müzakirələr daha konkretləşib

Vaşinqton Bəyannaməsinin imzalanmasından sonra "Tramp marşrutu" üçün infrastrukturun yerləşdirilməsi ilə bağlı müzakirələr daha konkretləşib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Mqer Qriqoryan parlamentdə sual-cavab sessiyası zamanı bildirib.

O qeyd edib ki, bununla belə, nəticədən asılı olmayaraq, ümumi delimitasiya prosesi davam edəcək.

.