Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər bölgədəki cari vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı məsələləri müzakirə etdilər.

Telefon danışığı zamanı tərəflər, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Fələstində baş verənlərlə bağlı fikir mübadiləsi aparıblar.

***

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

Telefon söhbətində Azərbaycanın Qoşulmama Hərəkatına (NAM) sədrliyi, Fələstindəki son hadisələr müzakirə edilib.

Bundan əlavə, Qarabağdakı son hadisələr barədə də fikir mübadiləsi aparılıb.

.