Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

“Daily Sabah” verdiyi xəbərə görə, bu barədə Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.

Türkiyəli nazir qeyd edib ki, o, mayın 31-də Yunanıstana səfər edəcək və bu səfərin ardından Azərbaycana gələcək.

İyunun 12-14-də isə M. Çavuşoğlu Brüsselə səfər edəcək.

.