İraqın Mosul şəhərində baş verən iki partlayış nəticəsində ən azı 15 nəfər ölüb.

Bu barədə "Report" "PressTV" telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, partlayış nəticəsində 14 dinc sakin və 1 İraq hərbçisi həlak olub, 12 nəfər yaralanıb.

İnsident şəhərin şərqində Tal-Yabes bölgəsində baş verib.

Hadisənin detalları dəqiqləşdirilir.

.