Moskvanın Şərqi Biryulevo rayonunun polis rəisinin müavini saxlanılıb. O, qeyri-qanuni bizneslə məşğul olanlara himayədarlıqda şübhəli bilinir.
"İnterfaks”ın verdiyi məlumata görə, həmin şəxs dünən axşam saatlarında saxlanılıb. Onun adı, hansı biznes sahəsinə "yardım” göstərdiyi açıqlanmır.
Saxlanılan şəxsin işdən çıxarılacağı, ona rəhbərlik edən şəxslərin isə töhmət alacağı bildirilir.
Moskvanın Şərqi Biryulevo rayonunun polis rəisinin müavininə qarşı cinayət işinin qaldırılacağı haqda qərar hələlik qəbul edilməyib.
.