Moskva şəhərinin Qərbi Biryulevo rayonunda 3 ay əvvəl fəaliyyəti dayandırılmış meyvə-tərəvəz bazası yenidən fəaliyyətə başlayır. Bu barədə məlumatı bazanın yuristi Sergey Xudyakov məlumat verib. Onuin sözlərinə görə, 3 aylıq yoxlamalar başa çatdığından sabahdan meyvə-tərəvəz bazasının mühasibi, kadrlar şöbəsinin müdiri və digər əməkdaşları işə çıxacaqlar. 
Buna münasibət bildirən Moskva merinin ticarət və xidmət departamentinin rəhbəri Aleksey Nemeryuq qeyd edib ki, baza əvvəki statusunda fəaliyyət göstərə bilməz. Bu şəhər meriyasının qəti mövqeyidir. Eyni zamanda  A.Nemeryuq Biryulevo bazasının gələcəkdə alınmasını təkzib etməyib. 
Xatırladaq ki, oktyabrın 13-də Qərbi Biryulevo sakini Yeqor Şerbakovun öldürülməsindən sonra rayon ərazisində kütləvi qarşıdurma yaranıb və meyvə-tərəvəz bazası dağıdılıb. Məhkəmə bazanın fəaliyyətini 90 gün müddətinə dayandırıb.
.