ABŞ və Rusiya arasında davam edən gərginlik fonunda Moskvadan Vaşinqtona növbəti xəbərdarlıq edilib.

Rusiya KİV-i xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov kəşfiyyat işlərinin aparılması səbəb göstərilərək bağlanılan Rusiya diplomatik nümayəndəliklərinin binalarının geri verilməsini tələb edib.

Yuri Uşakov ABŞ-a xəbərdarlıq edərək bildirib ki, əks halda Moskva lazımı tədbirləri görəcək.
"ABŞ-ın qəbuledilməz hərəkətlərindən sonra həm prezident Vladimir Putin, həm də xarici işlər naziri Sergey Lavrov diplomatiyanın ən əhəmiyyətli prinsipinin "qarşılıqlılıq” olduğunu bildirərək lazımı addımlar ata biləcəyini xatırladıblar. Amerikalı səlahiyyətlilərdən konkret addımlar gözləyirik”, - deyə Putinin köməkçisi dilə gətirib.
.