Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Moskvaya gələn və Moskvadan çıxan onlarla reys ləğv olunub.
ANS PRESS-in məlumatına görə, ləğv olunanlar arasında Moskvanın Şeremetyevo aeroportundan Bakıya uçacaq iki reys də var.
Bakı vaxtı ilə 02:10-da Şeremetyevo aeroportundan Bakının Heydər Əliyev aeroportuna uçacaq SU1852 və 09:15-də uçacaq SU1853 reysləri ləğv olunub. Hava limanının saytında reyslərin uçuşunun bir gün sonra eyni vaxta nəzərdə tutulduğu qeyd olunub.
Ümumilikdə isə Moskvanın Şeremetyevo və Domodedovo aeroportundan 28 reysin gəlişində, 61 reysin isə uçuşunda ləngimələr olub. 39 təyyarə aeroporta eniş edə, 12 təyyarə isə uçuş həyata keçirə bilməyib.
Rusiya FHN-in məlumatına görə çərşənbə axşamına keçən gecə Moskvada hava yağıntılı, leysanlı və ildırımlı olub. Küləyin sürəti saniyədə 17-19 metrə çatıb.
.
