Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” rəsm sərgisi keçirilib.

Sərgi Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə baş tutub.

Sərgidə Azərbaycandan və Rusiyadan olan gənc rəssamların Qarabağın işğaldan azad olunmasına həsr olunmuş rəsm əsərləri nümayiş olunub.

Tədbirin rəsmi hissəsində çıxış edən AMOR-un məsul katibi Ceyhun Hüseynov Zəfər Günündə Moskvanın mərkəzində Qarabağın rəmzinə həsr olunmuş sərginin təşkil olunmasının əhəmiyyətindən danışıb.

Botanika bağının direktoru Aleksey Reteyum çıxışında təmsil etdiyi qurumun AMOR-la əməkdaşlığından bəhs edib: "Bu gün bizim Botanika bağı üçün də bayramdır. Burada Azərbaycanın rəmzi olan xarıbülbülə, bu möhtəşəm gülə həsr edilmiş rəsm sərgisi keçirilir. Bu tədbiri iki ölkənin mədəni həyatında mühüm hadisə hesab etmək olar”.

AMOR tərəfindən “Xarıbülbül" sərgisinin iştirakçılarına diplom və hədiyyələr təqdim olunub.

.