Rusiya paytaxtı Moskvada sürücü marşurut avtobusunu dayancaqda gözləyən insanların üzərinəsürüb.

Yenizaman.az TASS-a istinadən xəbər verir ki, bunu yerli hüquq-mühafizə orqanları bildirib.

Hadisə Moskvanın Sxodnensk küçəsində baş verib.Nəticədə iki nəfər ölüb. Avtobus 37 saylı marşrut üzrə hərəkət edirmiş.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, dekabrın 25-də Moskvada sürücünün idarəetməni itirməsi nəticəsində avtobusmetro stansiyasının keçidinə girib və orada gözləyən insanları vurub.Nəticədə 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

.