Moskvada son sutka ərzində koronavirusdan 76 nəfər dünyasını dəyişib.
APA RİA Novostiy-ə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı  10 689  nəfərə çatıb.
Qeyd edək ki, ötən gün Moskvada ölüm sayı 73 olub.

.