Rusiyanın paytaxtı Moskva şəhərində soyğun hadisəsi törədən iki xarici vətəndaş saxlanılıb. Onlar qadının avtmobil, qızıl əşyasıı və pulunu zorla ələ keçirməkdə ittiham olunublar.
Hadisə dünən Moskvanın mərkəzi küçələrinin birində qeydə alınıb. Avtomobilləri ilə toqquşan rusiyalı qadını girov götürən Azərbaycan və Belarus vətəndaşları onun evinə yollanıblar. Mənzilindəki iki noutbuk, iki telefon, planşet, kamera, qızıl əşyası və pullarını götürən soyğunçular, ardınca qadının özünü də girov saxlayaraq avtomobili ilə aradan çıxmağa çalışıblar. Yerli polisə daxil olan müraciətdən sonra bir neçə saat ərzində soyğunçular saxlanılıb. Hadisə zamanı Belarus vətəndaşı qaçmaq istəsə də, polis onu çiynindən yaralayıb.
.