Moskvada Rusiya prezidenti Vladimir Putinlə Avstriya Kansleri Karl Nehammer arasında danışıqlar başlayıb.

 Kremlin mətbuat katibi Dmitri Peskovunverdiyi məlumata görə, danışıqlar artıq başlayıb.

Rusiya Prezidentinin Moskva vilayətindəki iqamətgahında keçirilən görüşdə Ukrayna ətrafındakı vəziyyət müzakirə olunur.

Peskovun bildirdiyinə görə, Avstriya tərəfinin xahişi ilə Putin-Nehammer danışıqları qapalı rejimdə keçirilir.

.