"RİA Novosti" agentliyinin verdyi məlumata görə, Rusiyanın paytaxtı Moskva şəhərində dövlət idarələrində işləyən miqrantların sayı azaldılacaq. Bu barədə ictimaiyyətə Moskva Mərkəzi inzibati rayonun rəhbəri Viktor Fuer məlumat verib. O, əlavə edib ki, vəzifəsindən kənarlaşdırılacaq miqrantlar yerli şəhər sakinlərinə işləmək fürsəti yaracaq.
Viktor Fuer mövzu ilə bağlı deyib ki, xarici vətəndaşlar dövlət idarələrində yalnız süpürgəçi, yuyucu və küçə təmizliyi sahələrində işləyə biləcək.
.
