
Rusiyalı iş adamı Qerman Sterliqov Moskvanın Domodedovo hava limanında saxlanılıb.
Yenizaman.az-ın məlumatına görə, bu barədə TASS agentliyinə onun vəkili Artur Ayrapetov bildirib.
"Qerman Sterliqov bu gün saat 17:00 radələrində İrəvandan Moskvaya gəlib və dövlət sərhədini keçəndən sonra saxlanılıb”, deyə Artur Ayrapetov bildirib.
Onun sözlərinə görə, çox güman ki, Q.Sterliqovun saxlanılması onun dövlətlərarası axtarışa verilməsi ilə bağlıdır.
.