Azərbaycanın Rusiyadakı səfirliyinin önündə Qarabağa dəstək stendi yerləşdirilib.

Rusiyada yaşayan həmvətənlərimizin təşəbbüsü ilə hazırlanmış anım guşəsində erməni terroru nəticəsində Gəncədə dinc əhalinin öldürülməsini əks etdirən fotolar, “Stop armenian agressions”, “Armenia kills children”, “Pray for Ganja” şüarları, terror zamanı həlak olanların, eyni zamanda cəbhədə şəhid olan əsgərlərimizin fotoları yerləşdirilib.

Anım guşəsini ziyarət edən şəxslər ora əklillər və gül-çiçək dəstələri qoyublar, erməni terroru ilə daha yaxından tanış olublar.

.