Moskva şəhərinin cənubunda üzərində bıçaq xəsarətləri olan naməlum kişi meyiti tapılıb.
"RİA Novosti”nin verdiyi xəbərə görə, yanvarın 14-də yerli vaxtla saat 22.36-da polisə 2-ci Kotlyakovski döngəsi, ev 1 ünvanında insident baş verdiyi haqda məlumat daxil olub. Hadisə yerinə gedən polislər bir nəfərin bıçaqlanaraq öldürüldüyünü görüblər. Onun Azərbaycan vətəndaşı olduğu müəyyənləşdirilib.
Qətlin meyvə-tərəvəz bazasında məişət zəminində baş vermiş mübahisə zamanı törədildiyi bildirilir. Cinayətin təfərrüatları araşdırılır.
***
saat 03:38
Moskvanın cənubunda üzərində çoxsaylı bıçaq yarası olan kişi cəsədi aşkarlanıb. Bu barədə "RİA Novosti”yə DİN-in Moskva şəhəri üzrə baş idarəsindən bildirilib.
"Yanvarın 14-də saat 22.36-da növbətçi hissəyə Kostlyakovski küçəsində 1 nəfər şəxsin yaralanması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları üzərində çoxsaylı bıçaq yarası olan şəxsin cəsədini aşkarlayıblar. Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır”, deyə agentliyə mənbə bildirib.
Mənbənin məlumatına görə, qətl hadisəsi tərəvəz bazasında münaqişə zəminində törədilib.
Öldürülən şəxsin kimliyi və milliyyəti barədə hələlik məlumat verilmir.
.
