Moskvada Azərbaycanın Baş naziri Əli Əsədov və onun rusiyalı həmkarı Mixail Mişustin arasında görüş başlayıb.

Hökumət Evində keçirilən görüş nümayəndə heyətlərinin iştirakı ilə keçirilir.

Görüşdə Azərbaycanla Rusiya arasında iqtisadiyyat, kənd təsərrüfatı, gömrük, rabitə və yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlıq əlaqələri müzakirə olunacaq.

Görüşün yekununda sənədlərin imzalanması planlaşdırılır.

.