"RİA Novosti" agentliyinin verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "263" nömrəli orta məktəbə silahlı şəxs hücum edib. Şagirdlərdən birinin valideyni olan naməlum şəxs bilogoiya otağına daxil olaraq 24 şagirdi girvov götürüb.
Hadisə zamanı məktəbə daxil olmaq istəyən iki polis əməkdaşı açılan atəş zamanı xəsarət alıb. Hazırda məktəbdəki bütün şagirdlər evakuasiya olunub və əraziyə helikopter də daxil, xeyli sayda polis əməkdaşı cəlb edilib.
Son məlumatlara görə, silahlı şəxs giov saxladığı şagirdlərlə bağlı heç bir şərt açıqlamayıb.
Artıq Rusiyanın Daxili İşlər Nazirliyi "263" nömrəli orta məktəbə hücum edən şəxsin zərəsizləşdiriyini bəyan edib. Bu əvvəldə deyildiyi kimi valideyn deyil, məktəbin böyük sinif şagirdlərindən biridir.
Silahlı insident zamanı bir polis əməkdaşı və müəllim dünyasını dəyişib.
.