Moskvanın yaxınlığında yerləşən Lıtkarino şəhərində Mi-8 helikopteri qəzaya uğrayıb.

Yenizaman.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

Mi-8 helikopterinin Rusiyanın Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə aviasiya mərkəzinə məxsus olduğu deyilir.

Hadisəyə səbəb kimi təyyarənin sınaqdan keçməsi zamanı səhvə yol verilməsi və avadanlıq çatışmazlığı qeyd olunur. 
.