Bu gündən Moskva sakinlərinin koronavirus əleyhinə peyvəndləşməsinə başlanılıb.

Bu barədə paytaxt merinin sosial inkişaf məsələləri üzrə müavini Anastasiya Rakova bildirib.

"Bu gün təkcə paytaxt Moskva üçün deyil, bütün ölkə üçün önəmli gündür. Moskvanın birinci sakinlərinin COVID-19 əleyhinə peyvəndləşməsinə start verilib. Bu, bizə peyvəndin hər kəs üçün əlçaatan olacağı anı yaxınlaşdırmağa imkan verir", - deyə Rakova vurğulayıb.

Onun sözlərinə görə, ilkin olaraq peyvənd olunmaq üçün 40 min paytaxt sakini dəvət olunub. Onlara əvvəl peyvəndin birinci komponenti, 21 gün sonra isə ikinci komponenti vurulacaq.

Qeyd edək ki, Rusiyada koronavirus əleyhinə peyvənd pulsuzdur.

.