Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 16-ya çatıb.
Bu barədə "İnterfaks”ın səhiyyə strukturlarına istinadən yaydığı məlumatda bildirilir. Moskva Nəqliyyat Departamentinin rəhbəri Maksim Liksutov terror aktı versiyasını istisna edib. Faktla bağlı cinayət işi qaldırılıb. Artıq Rusiya prezidenti Vladimir Putin hadisə ilə bağlı məlumatlandırılıb.

***

Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 10-a çatıb.
"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.

***

Moskva metrosunda baş vermiş qəza nəticəsində 3 nəfər ölüb.
"RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə operativ qərargah nümayəndəsi açıqlama verib.
O bildirib ki, 30 nəfər yaralıdan 10 nəfər xəstəxanaya yerləşdirilib.
İTAR-TASS-ın verdiyi məlumata görə, hazırda hadisə yerində olan insanlar ərazidən təxliyə olunur.
Qəzaya səbəb kimi metro qatarının 3 vaqonunun relsdən çıxması göstərilir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəisi Viktor Biryukov bildirib ki, elektrik xətlərində gərkinlik qəflətən kəskin azalıb, nəticədə siqnalizasiya sistemi yanlış olaraq işə düşüb. Bu isə qatarın qəflətən dayanmasına səbəb olub.
.