Moskva meriyası koronavirus məhdudiyyətini pozanlara qarşı tətbiq edilmiş cərimələrin ödənilməsini tələb etməyəcək.

TASS xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin açıqlama verib.

O, iyunun 1-dən başlayaraq karantin qaydalarını pozmağa görə təyin edilmiş cərimələrin ödənilməsinin tələb olunmayacağını qeyd edib.
 

.