Rusiyanın paytaxtı Moskvaya dron hücumu olub.

Bu barədə paytaxtın meri Sergey Sobyanin teleqramda bildirib.

Onun sözlərinə görə, iki zərbə PUA-sı şəhərə daxil olmağa cəhd edib.

“Hər ikisi HHM tərəfindən vurulub. Biri Domodedovo bölgəsində, digəri Minsk şosesi tərəfdə. Hazırda düşmüş qalıqlardan dolayı zərərçəkmişlər barədə məlumat yoxdur”, - mer diqqətə çatdırıb.

.