Moskvada (Rusiya) əmək resurslarının çatışmazlığı hazırda 400-500 min nəfərdir və gələcəkdə də artacaq.
"İnterfaks" xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin bildirib.
"Əlbəttə, miqrantsız keçinmək daha yaxşı olardı. Amma təəssüf ki, demoqrafik vəziyyət və iqtisadiyyat fərqli qaydalar yaradır. Bu gün Moskvada əmək resurslarının çatışmazlığı, - yəni işçi qüvvəsi ilə təmin olunmayan vakant yerlər-400 mindən 500 min nəfərə qədərdir. Gələcək illərdə, böyük ehtimalla, keçirdiyimiz demoqrafik vəziyyət səbəbindən bu çatışmazlıq artacaq", - o deyib.
Paytaxt meri qeyd edib ki, miqrasiya ilə bağlı müəyyən sosial çağırışlara baxmayaraq, xaricdən işçi qüvvəsinin axını əhəmiyyətli iqtisadi effekt təmin edir.
.
