
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Ukrayna ilə bağlı konfransda iştirakını şərh edib.
Yenizaman TASS-a istinadən xəbər verir ki, o, bu gün keçirdiyi həftəlik brifinqdə bildirib ki, Moskva Ermənistanın Maltada Ukrayna üzrə konfransda iştirakını İrəvan nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndirir.
Qeyd edək ki, adıçəkilən konfransda Ermənistanı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təmsil edib.
.