Bakı ilə İrəvan arasındakı münasibətlərdə son həftələrdə qeydə alınan gərginlik bizi sözsüz ki, narahat edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Qarşılıqlı ittiham ritorikasının fəallaşması regionda gərginliyin artması ilə müşahidə olunur. Azərbaycan və Ermənistanı xoşməramlı iradə nümayiş etdirməyə və kompromisləri birgə axtarmağa çağırırıq. Biz buna hərtərəfli köməyi göstərəcəyik”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

“Bizim Bakı ilə İrəvan arasında danışıqlara ev sahibliyi etmək təklifimiz qüvvədə qalır”.

Bunu da Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Biz Azərbaycan və Ermənistan XİN başçılarının danışıqlarına meydan verməyə hazırıq”, - Rusiya XİN rəsmisi vurğulayıb.

.