Azərbaycan və Ermənistan liderləri arasında müntəzəm təmasları vacib hesab edirik.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə dekabrın 15-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək görüşlə bağlı suala cavabında bildirib.

Rusiya XİN rəsmisi ölkəsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına istiqamətlənən bütün səyləri alqışladığını söyləyib: “Ümid edirik ki, 15 dekabrda Brüsseldə keçirilməsi planlaşdırılan iki dövlətin liderlərinin görüşünün yekununda üçtərəfli razılaşmalara sadiqlik təsdiqlənəcək”.

.