COVID-19 pandemiyasının ikinci dalğası başlasa belə, dünya iqtisadiyyatına, o cümlədən Asiya ölkələrinin iqtisadiyyatına mühüm ziyan dəyməz.

Bu barədə ABŞ-ın “Morgan Stanley” sərmayə bankının icraçı direktoru və iqtisadçı Deyi Tan CNBC-nin efirində bildirib.

Ekspertin fikrincə, bu qənaətin daha çox aid olduğu Çin, Cənubi Koreya, Tayvan (Çin Taipeisi) kimi ölkələrdə hökumətlər də, özəl sektor da mövcud vəziyyətə artıq uyğunlaşa bilib. Bu ölkələrdə hələ aprel ayının ortalarından məhdudiyyətlər tədricən yumşaldılır.

.