Moldovanın sabiq Prezidenti İqor Dodonun saxlanılması xəbəri rəsmi şəkildə təsdiqlənib.

RİA Novosti xəbər verir ki, Moldova Prokurorluğunun Antikorrupsiya mərkəzinin rəhbəri vəzifəsini icra edən Elena Kazakov bildirib.

Onun sözlərinə görə, korrupsiya və dövlətə xəyanətdə ittiham olunan İqor Dodon 72 saatlıq saxlanılıb.

***

Moldova Baş Prokurorluğu eks-prezident İqor Dodonun saxlanılması ilə bağlı yayılmış xəbərə münasibət bildirib.

Bu barədə Moldova Baş Prokurorluğunun rəsmi nümayəndəsi Mariana Kerpek açıqlama verib. “Dodonun saxlanılması barədə xəbəri təsdiq edə bilmərəm. Yaxın vaxtlarda rəsmi məlumatla çıxış edəcəyik”, - o deyib.

Qeyd edək ki, bundan əvvəl “İnterfaks“ agentliyi Mariana Kerpekə istinadən İqor Dodonun 72 saat müddətinə saxlanıldığı barədə məlumat yaymışdı.

***

Moldovanın sabiq prezidenti İqor Dodon saxlanılıb.

Rusiyayönümlü siyasətçi korrupsiya və vətənə xəyanət daxil olmaqla, bir sıra cinayətlərdə şübhəli bilinir.

Dodon barəsində 72 saatlıq həbs-qətimkan tədbiri seçilib.

***

Moldovanın sabiq prezidenti İqor Dodon vətənə xəyanətdə ittiham olunur.

TASSxəbər verir ki, bu barədə Moldova Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Marianna Kerpek açıqlayıb.

Onun evində axtarış aparılıb.

.