
Moldovada Rusiya Elm və Mədəniyyət Mərkəzi bağlanacaq.
Bu barədə Moldova Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"XİN mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında 1998-ci ildə imzalanmış Moldova-Rusiya hökumətlərarası sazişinin birtərəfli ləğvi barədə qərar qəbul edib. Sazişin ləğvi proseduru başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi ölkəmizdə fəaliyyətini dayandıracaq", - nazirlik vurğulayıb.
Rusiyanın Kişineudakı səfiri Oleq Ozerov bu gün Moldova XİN-ə çağırılıb və ona müvafiq nota təqdim edilib.
XİN-dən bildirilib ki, Kişineu bu qərarı Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Moldovanın hava məkanını pozaraq ölkənin milli təhlükəsizliyinə ciddi təhdid yaratmasına cavab olaraq qəbul edib.
.