Avropayönümlü müxalifət Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maia Sandu, Moldovadakı Prezident seçkilərinin ilk turunda səslərin 35,61 %-ni, hazırkı dövlət başçısı İqor Dodon isə 33,01%-ni qazanıb. 

TASS xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb. 

Bildirilib ki, protokolların 99,11% -i sayılıb.

Dnestryanı seçicilər prezident seçkilərində Dodonu dəstəkləyib. Moldova prezidentliyinə namizəd Sandu isə xaricdə  61,5 % səs toplayıb.

Seçici iştirakı tələb olunan 33.33% -dən çox olduğundan, MSK seçkiləri keçərli sayyıb.

Seçkilərin qalibi noyabrın 15-də keçiriləcək ikinci turda müəyyənləşəcək.
 

.