Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin üç əməkdaşını arzu olunmaz şəxs elan edib.

Bu barədə Moldova XİN məlumat yayıb.

Rusiya səfiri Oleq Ozerov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Onun yerli xüsusi xidmət orqanlarının ittihamları ilə bağlı XİN-ə çağırıldığı bildirilib.

Rusiya XİN Kişinyovun Rusiya səfirliyinin üç əməkdaşını arzuolunmaz şəxs elan etmək qərarına Moskvanın cavab verəcəyini bəyan edib.

.