Bu gün səhər saatlarından başlayaraq Moldova prezidenti Nikolay Timoftinin iqamətgahı qarşısında etiraz piketi keçirilir.
"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, aksiyada yüzədək insan iştirak edir. Aksiya iştirakçıları "Timoti, oyan!", "Rədd olsun korrupsiya!", "İstefa!" şüarları yazılan plakatlar qaldırıblar.
Aksiyanın təşkilatçısı "Ləyaqət və Həqiqət" Vətəndaş Hərəkatının təmsilçisi Andrey Nestase bildirib ki, onlar hakimiyyətin bütün strukturlarının istefasını tələb edirlər.
.