APA-nın Moldova müxbiri xəbər verir ki, səfər zamanı İ. Dodonu Qaqauz Yeri başqanı İrina Vlax ve digər rəsmi şəxslər müşayiət edəcək.
Bakıda İ. Dodonun yüksək səviyyədə görüşləri nəzərdə tutulur.
O, prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə ilə görəcək, bir sıra digər görüşlər keçirəcək.
Qeyd edək ki, bu, İ. Dodonun Moldova prezidenti postunda Rusiyadan sonra xaricə ikinci rəsmi səfəridir.
****
Moldova prezidenti İqor Dodonun Azərbaycana rəsmi səfərinin vaxtı məlum olub.
Diplomatik mənbələrdən APA-ya daxil olan məlumata görə, Moldova lideri iyunun 21-22-də Azərbaycanda səfərdə olacaq.
Səfər proqramı hələlik açıqlanmayıb.
