“Moldovada keçirilən Prezident seçkilərinin ikici turunda protokolların 100%-i işlənilib və nəticələrə görə, keçmiş Baş nazir, "Fəaliyyət və Həmrəylik" Partiyasının lideri Maia Sandu liderliyə yüksəlib.

RİA Novosti xəbər verir ki, bu barədə Moldovanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd edək ki, ikinci müddətə prezidentliyə namizəd hazırkı dövlət başçısı İqor Dodon və keçmiş baş nazir, müxalifət partiyasının lideri Maia Sandu ikinci tura yüksəliblər.

.