“Bütün idmançılar iki gündən bir test verməlidir. Sabah finala çıxmalı olan idmançının bugünkü testi müsbət nəticə verə bilər”.
Bunu Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov deyib.
O bildirib ki, idmançı final öncəsi koronavirusa yoluxsa, diskvalifikasiya edilməyərək gümüş medal qazanacaq: “Belə olanda biz bilməliyik ki, həmin atlet peyvənd vurubsa, biz etiraz verə bilərik. Bu halda o, karantinə düşür, amma ekspress təkrar testi neqativ çıxsa, finala çıxa bilər. Peyvənd yoxdursa, yenə də karantinə alınır və iki test verməlidir. Ümid edirik ki, nəticə tez çıxar və növbəti gün yarışa qatıla bilər. Biz bilirik ki, idmançının testi pozitiv çıxıbsa, diskvalifikasiya olunmur. O, yarışa buraxılmır, zədəli kimi hesab edilir və finala çıxmadan gümüş medal alır. Bütün yığmalar eyni vəziyyətdədir. Özümüzü qorumalıyıq. Bilməliyik ki, bir idmançı yoluxsa, bütün komanda karantinə alınacaq. Bu riskdir. Koronavirusla bağlı bütün qaydalarla yaşamalıyıq. Hər gün test verməliyik, ancaq məşq etməli və otaqda qalmalıyıq”.
.