
“Milan”ın yeni baş məşqçisi Massimiliano Alleqri yerli mətbuata bir sıra açıqlamalar verib.
Təcrübəli mütəxəssis Rafael Leao, Mayk Menyan və komanda ilə adı hallanan Luka Modriç barədə fikirlərini bölüşüb: “Rafael Leaonun komandaya qatacağı çox şey var. O, karyerasının zirvəsinə çatacaq yaşdadır. O bizimlə davam edəcək".
Baş məşqçi komandadan ayrılması gündəmdə olan qapıçı Mayk Menyanla bağlı isə bunları deyib: “O, Avropanın ən yaxşı qolkiperlərindən biridir. Mən xoşbəxtəm ki, kapitanımız komandada qalmağı seçdi”.
Alleqri, həmçinin, “Milan”la adı hallanan Luka Modriç haqqında da danışıb: “Çox güman ki, Luka avqust ayında bizə qoşulacaq. Hazırda o “kral klubu” ilə Klublararası Dünya Çempionatında iştirak edir”.
Qeyd edək ki, Massimiliano Alleqri 2024-cü ildə “Yuventus”la yollarını ayırdıqdan bir il sonra “Milan”ın baş məşqçisi təyin olunub.
.