MN nümayəndəsi: Bir yaralı son nəticə məlum olmayana qədər ordudan tərxis oluna bilməzFirudin Nəbiyev
"Qazilərimizdən tərxis olunanlar və hazırda xidmətdə olanlar var. Onların hamısı hazırda ordudan tərxis olunmayıb. Ordudan tərxis olunmaq üçün tələblər var. Yəni, bir yaralı son nəticə məlum olmayana qədər ordudan tərxis oluna bilməz. Onun müalicəsi tam başa çatmalıdır".

Bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.

“Amma o adamların ki, müalicəsi başa çatıb, onların demək olar ki, hamısı tərxis olunub. 200-ə yaxın qazimiz hazırda təyin olunan pensiyalarını da alırlar. Ordudan tərxis olunduqdan sonra onların sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndəririk. Orada onların məsələsinə baxılır. Hazırda tərxis olunmayanalrın bəzilərinə evdə məzuniyyət verilir. Evdə məzuniyyət o adamlara verilir ki, qazimizin qolu sınıb, sümüklərində sınıqlar var. Onlara müalicə proseduru edildikdən sonra evdə daha yaxşı reabilitasiya olurlar”, - o bildirib.

Vətən müharibəsində MN Tibb Baş İdarəsinin şəhid olan işçilərinin sayı açıqlanıb

"Vətən müharibəsində 10-u həkim olmaqla 42 tibb işçimiz təhid olub".

Bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.

O bildirib ki, döyüşlərdə 159 tibb xidmətinin işçiləri yaralanıb.

MN: Hospitallarda 59 yaralı qazimiz var

“Hazırda hospitallarda 59 yaralı qazimiz var”.

Bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.

“Hazırda onların müalicəsi davam etdirilir”, - F.Nəbiyev bildirib.

MN: Ordunun tibbi ləvazimatlarla və dərman təminatı ilə bağlı heç bir problemi yoxdur

“Ordunun tibbi ləvazimatlarla və dərman təminatı ilə bağlı heç bir problemi yoxdur”.

Bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.

“Döyüşlər vaxtı orduya tibbi ləvazimatlar, dərman köməkləri oldu. Bu gün də təhcizatla bağlı heç bir problemimiz yoxdur”, - o bildirib.

MN: Ehtiyata buraxılmamış qazilərimizin dərman təminatını polikinika və müalicə müəssisələri verir

“Hazırda Müdafiə Nazirliyində ehtiyata buraxılmamış qazilərimizin dərman təminatını polikinika və müalicə müəssisələri verir”.

Bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.

O bildirib ki, tərxis olunanların isə bütün təminatını müraciət etdikləri xəstəxanalar təmin edir.

 

 

.