Mülki infrastrukturu və mövqelərimizi artilleriya qurğuları, eləcə də müxtəlif çaplı silahlardan atəşə məruz qoyan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzun müddətli atəş nöqtələri, sursat anbarı, hərbi təyinatlı radiotexkik qovşağı, eləcə də döyüş vasitələri sıradan çıxarılıb.
Bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.
O qeyd edib ki, bu barədə MN daha ətraflı məlumat verəcək.
.