MMP Qaradağ rayon təşkilatının mənzil qərargahı dağıdılıb. Novoye-vremya.com saytının Avrasiya.net saytına istinadən verdiyi məlumata görə, ötən bazar günü geçə saatlarında nəmalum şəxslər Muasir Musavat Partiyasının Qaradağ rayon təşkilatının Lökbatanda yerləşən mənzil qərargahına hücum ediblər. Hadisə yerinə gələn zaman artıq iş-işdən keçmiş olub.
MMP Qaradağ təşkilatının sədri Fazil Yusifov hadisə haqda polisə məlumat verib. Hadisə yerinə gələn hüquq-mühafizə xidmətinin işçiləri protokol tərtib ediblər. Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.
Rüfət Sultan

***

Belcika yenidən müsəlman ibadətgahlarını təhqir etməyə başlayıb
Belçikada müsəlman ibadətgahlarına qarşı təhqiramiz hərəkətlər edilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, vandallar Belçikanın Genk şəhərində yerləşən 3 türk məscidinin divarlarına "svastika” və donuz başı şəkilləri çəkib, irqçi şüarları yazıblar. Qonşuluqda yerləşən evlərdə qurulmuş izləmə kameraların sayəsində polislər iki şübhəlinin şəxsiyyətini bəlli edib və saxlayıb.
Belçika müsəlmanlarının icra komitəsi "Vandaslizmin, islamnofobiyanın və rasizmin iyrənclikləri” ,-deyə baş vermiş hadisəyə kəskin şəkildə münasibət bildirib. Bundan başqa komitə müsəlmanları səbr etməyə, provokasiyalara uymamağa və öz etirazlarını sülh və qanuni yollarla bildirməyə çağırıb.
Qeyd edək ki, Belçikada qeydiyyatdan keçmiş 330 məscid fəaliyyət göstərir.
Rüfət Sultan

***

Ərəb şeyxi II Sultan Bin Məhəmməd Əl-Qasimi qədim erməni monastrının bərpasına pul ayırıb.
Bu barədə məlumatı "France-Presse” agentliyi yayıb. Aqarsin monastrının bərpasına 1,7 milyon dollar ayrıldığı bildirilir.
Şeyx monastrı 2005-ci ildə ziyarət edib və burada olarkən təmir üçün lazım olan məbləği verəcəyini demişdi.
Qeyd edək ki, II Sultan Bin Məhəmməd Əl-Qasimi1972-ci ildən Şarca əmirliyinin şeyxidir.
Rüfət Sultan
.