Avropa Liqasında ilk təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Ölkəmizi turnirdə təmsil edən "Neftçi” səfərdə Monteqronun "Mladost” klubu ilə qarşılaşıb.

Bakıda keçirilən ilk oyunda 2:2 hesablı bərabərlik qeydə alındığından mərhələnin taleyi məhz bugünkü qarşılaşmada bəlli olacaqdı. "Neftçi" matçın 72-ci dəqiqəsində hesabı açsa da, bu üstünlüyünü sonadək qoruya bilməyib və mübarizəni dayandırıb.

Qarşılaşmadan sonra hələlik qeyri-müəyyən səbəblərdən oyunçular arasında dava düşüb. Yenizaman.az Musavat.com-a istinadən həmin anın görüntülərini təqdim edir.


.