Ötən ilin iyunundan bəri İran uranın zənginləşdirilməsi qabiliyyətini bərpa etməyib.
Bunu ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard bu gün Senatda İran müharibəsi ilə bağlı dinləmələrdə deyib.
Onun sözlərinə görə, ötən ilin iyun ayında – İsraillə 12 günlük müharibədə İranın nüvə zənginləşdirmə təsisatları məhv edilib və o zamandan bəri ABŞ Tehran tərəfindən bu istiqamətdə yeni addımlar atıldığını müşahidə etməyib.
Qabbard qeyd edib ki, İranda rejim dəyişməsə, dron və raket proqramının yenidən qurulmasına başlayacaqlar.
.
