Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin anası Giuli Alasaniya oğlu ilə görüş tələb edir.
Вu barədə eks-prezidentin vəkili Giorgi Gelxauri jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüş tələb edənlər arasında M.Saakaşvilinin keçmiş həyat yoldaşı Sandra Rulofs və onların övladları da var.
Vəkil qeyd edib ki, bununla bağlı yazılı müraciət təqdim olunsa da, hələ təmin edilməyib.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

.