Rəsmi Mexiko Misir hökümətindən meksikalı turistlərə qarşı həyata keçirilən silahlı hücum faktının hərtərəfli araşdırılmasını tələb edir. "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu tələbi Meksika prezidenti Enrike Penya Nyeti "Twitter" səhifəsi vasitəsi ilə səsləndirib.
Meksika Xarici İşlər Nazirliyi isə misirli hərbçilər tərəfindən ötən gün iki meksikalı turistin qətlə yetirildiyini rəsmi şəkildə təsdiqləyib.
.